Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, “Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.

Qeyd edək ki, hazırda “Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir.

Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar ümumiyyətlə həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunur.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Noyabr 2023 13:07
195