Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qalib komandalarla görüş keçirilib

Qalib komandalarla görüş keçirilib

Dövlət Gömrük Komitəsində 8 Noyabr Zəfər Günü münasibətilə gömrük əməkdaşları arasında təşkil edilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalib komandalarının və dövlət qurumları arasında keçirilən 3x3 basketbol turnirində Komitənin uğurla çıxış edən basketbol komandasının üzvləri ilə görüş olub.

Qalibləri təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, gömrük orqanlarının əsas hədəflərindən biri də əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, ünsiyyət imkanlarının genişləndirilməsidir. Bu məqsədlə mütəmadi olaraq keçirilən sosial və idman tədbirlərinin gömrük əməkdaşlarının fiziki hazırlıq və intellektual səviyyəsinin yüksəldilməsi, komanda ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb və onlara uğurlar arzulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Noyabr 2023 13:23
195