Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 28 sentyabr 2023-ci il tarixdən 25 oktyabr 2023-cü il tarixinədək namizədlərin qeydiyyatı həyata keçirilmişdir.
İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 19 nəfərin namizədliyi qeydə alınmışdır.
Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınmış şəxslərin siyahısı:
1 | Muradov Elməddin Nadir oğlu | “Jurnalistika və inkişaf mərkəzi” İctimai Birliyi |
2 | Əliyev Ramil Arif oğlu | “İnkişafa və islahatlara dəstək” İctimai Birliyi |
3 | Əzəmmədov Hafiz Firidun oğlu | “Azərbaycan gənc marketoloq-reklamçılar” İctimai Birliyi |
4 | Ədilzadə Ədil Tahir oğlu | “Sabahinfo İnformasiya Agentliyi |
5 | Vəliyev Asim Nazimoviç | “Gənc diplomatların peşəkarlığının inkişafına dəstək” İctimai Birliyi |
6 | Hüseynova Məhsəti Əli qızı | “Gənclərin töhfəsi” İctimai Birliyi |
7 | Qasımov Vüsal Namiq oğlu | “Azərbaycan gömrük təmsilçiliyi və logistika şirkətlərinin assosiasiyası” İctimai Birliyi |
8 | Əhmədzadə Xanım Ağamirzə qızı | “Hüquqşünas qadınlar assosiasiyası” İctimai Birliyi |
9 | Bayramov Çingiz İbrahim oğlu | “Dialoq və inkişaf naminə” İctimai Birliyi |
10 | Məmmədzadə Bəhruz Qasım oğlu | “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi |
11 | Mirzə Bahaəddin Vidadi oğlu | “Avropa ilə iqtisadi əməkdaşlıq” İctimai Birliyi |
12 | Eyyubov Samir Kürdoğlu oğlu | “Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları” İctimai Birliyi |
13 | İsmayılzadə Aytac Sədrəddin qızı | “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” İctimai Birliyi |
14 | Əliyev Elvin Zakir oğlu | “Alman-Azərbaycan xarici ticarət palatası” hüquqi şəxslərin ittifaqı |
15 | Quliyev Bəşir Şain oğlu | “Azərbaycan meyvə-tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyası” İctimai Birliyi |
16 | Ələsgərova Nigar Elman qızı | “Kiçik və orta biznes subyektləri və klublarının assosiasiyası” İctimai Birliyi |
17 | Əliyev Müqamət Süleyman oğlu | “Gənc vətənpərvərlər” İctimai Birliyi |
18 | Süleymanov Üzeyir Nazim oğlu | “AZAİ TECH” vətəndaş təşəbbüs qrupu |
19 | Xəlilov Vüsal İbrahim oğlu | “Odlar yurdu” Gənclər İctimai Birliyi |
Xatırladırıq ki, Seçki Komissiyasının qərarı ilə Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilmişdir.
Birgə yığıncaqda təmsilçisinin iştirak etməsinə maraq göstərən vətəndaş cəmiyyəti institutları seçkidə seçici qismində iştirak edəcək nümayəndə barədə zəruri məlumatları göstərməklə, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına müraciət etməlidir.
Seçicilərə dair tələblər
- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;
- İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu bir təmsilçisinin namizədliyini irəli sürməlidir;
- Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.
Seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. seçicinin qeydiyyata alınması üçün müraciət (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonu göstərilməklə)
2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;
3. seçicinin vətəndaş cəmiyyəti institutuna üzvlüyünü təsdiq edən sənədin surəti;
4. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
Sənədlərin qəbulu və baxılması
Seçicilərin qeydiyyatı məsələsinə Seçki Komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər 17 noyabr 2023-cü il saat 18:00-dək gomruk.ictimaisura2023@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
Qeyd olunur ki, seçicilərin qeydiyyatı prosesi başa çatdıqdan sonra İctimai Şuraya seçkilərin keçirilməsi vaxtı və yeri barədə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində məlumat veriləcəkdir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi