Xidmətə yeni qəbul edilən əməkdaşlarla görüş keçirilib
Xidmətə yeni qəbul edilən əməkdaşlarla görüş keçirilib
Noyabrın 6-da Dövlət Gömrük Komitəsində ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqədə uğur qazanaraq xidmətə yeni qəbul edilmiş əməkdaşlarla görüş təşkil olunub.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük işinin ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin qorunmasındakı rolundan danışıb, xüsusilə Vətən Müharibəsindəki tarixi qələbəmizdən sonra regionda yaranan reallıqların gömrük orqanları qarşısında da yeni vəzifə və çağırışlar formalaşdırdığını vurğulayıb. Bu baxımdan gömrük əməkdaşlarının işə daha da məsuliyyətli yanaşmalarının, mütəmadi olaraq bilik və bacarıqlarını artırmalarının, vicdanla və sədaqətlə xidmət etmələrinin vacibliyini diqqətə çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, müsabiqədə iştirak edən namizədlərdən, ümumilikdə 124 nəfəri uğur qazanıb və onlardan 55-i mövcud vakant ştat vahidləri üzrə müvafiq vəzifələrə təyin edilib. Müsabiqədə uğur qazanan digər şəxslər isə mərhələli şəkildə vakant yerlər yarandıqda müvafiq vəzifələrə təyin olunacaqlar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi