Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkar edildi

Külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkar edildi

Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda birlikdə sərnişin qismində səfər edən iki nəfər Azərbaycan Respublikası vətəndaşının üzərində daxil olmuş əməliyyat məlumatı əsasında yoxlama aparılıb. Yoxlama zamanı onların ayaqqabılarının hər iki tayının içərisində gömrük nəzarətindən gizlədilmiş külli miqdarda, 975 qram psixotrop maddə - metamfetamin və 192,6 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla bir nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Noyabr 2023 12:57
195