Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Zəfər Gününün tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur günü olduğunu bildirib. Qeyd olunub ki, qəhrəman oğullarımızın canı-qanı bahasına qazanılan bu zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla reallaşdırılması, Azərbaycan Ordusunun rəşadəti nəticəsində əldə edilib.

Daha sonra tədbirdə çıxış edən şəhid valideynləri və qazilər Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, əsgər və zabitlərimizin fədakarlığından, ölkə rəhbərliyi, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Tədbir şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam edib.

7 Noyabr 2023 15:44
195