Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Tibbi Xidmət İdarəsinin kollektivi Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Tibbi Xidmət İdarəsinin kollektivi Hərbi Qənimətlər Parkını ziyarət ediblər

8 Noyabr - Zəfər Günü münasibətilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi I və II Qarabağ müharibəsində iştirak edən əməkdaşları ilə birlikdə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Bildirilib ki, Hərbi Qənimətlər Parkı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi qələbəni özündə əks etdirir. O da qeyd olunub ki, parkda nümayiş etdirilən eksponatlar, həmçinin Ermənistanın 30 illik işğalçılıq siyasətinin, xüsusilə ağır silahlar tətbiq edilməklə dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinin təzahürüdür. Eyni zamanda Hərbi Qənimətlər Parkının 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəmizin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Noyabr 2023 16:35
195