Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvləri və qazilərlə görüş olub

Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvləri və qazilərlə görüş olub

8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev öz qəhrəmanlıq nümunələri ilə dünyanı heyran qoyan rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə torpaqlarımızı düşməndən azad etməsini müasir tariximizin ən şanlı səhifələri olduğunu qeyd edərək bildirib ki, dövlət başçısı ətrafında yumruq kimi birləşən Azərbaycan xalqının əldə etdiyi bu qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, sülhün bərqərar olması, region ölkələrinin inkişafı baxımından da yeni imkanlar yaradıb.

Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Zəfər gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Noyabr 2023 19:11
195