Bakı Baş Gömrük İdarəsində Zəfər Günü qeyd edilib
Bakı Baş Gömrük İdarəsində Zəfər Günü qeyd edilib
Bakı Baş Gömrük İdarəsində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən söz açıb, bu möhtəşəm qələbənin qazanılmasında misilsiz xidmətləri olan qəhrəman şəhidlərimizin gələcək nəsillər üçün qəhrəmanlıq, vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları Azərbaycan ordusunun keçdiyi döyüş yolundan qürurla bəhs ediblər.
Sonda Zəfər Gününə və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirələrinə həsr olunan videoçarxlar nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi