Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Transxəzər Gömrük Tranzit Portalı (VİDEO)

Transxəzər Gömrük Tranzit Portalı (VİDEO)

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində noyabrın 20-də  Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023” də Transxəzər Gömrük Tranzit Portalına dair videoçarx nümayiş etdirilib.

Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Transxəzər Gömrük Tranzit Portalı orta dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron şəkildə təqdim edilən sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə töhfə verən Şərqlə Qərbin Xəzər dənizi üzərində rəqəmsal qovşaq mexanizmidir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Noyabr 2023 14:44
195