Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda siqaretlər və dərman preparatları aşkar edildi

Külli miqdarda siqaretlər və dərman preparatları aşkar edildi

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində ölkəmizə gələn yük nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən külli miqdarda - ümumilikdə 13 adda - 246800 ədəd siqaret və 73 adda - 77698 ədəd həb, 615 ədəd inyeksiya qələmi, 30 ədəd sirop, 1561 ədəd flakon, 3612 ədəd ampul, 423 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 88 bağlamadan ibarət dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Noyabr 2023 10:37
195