Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postundan “e-növbə” və “Sürətli keçid” xidmətlərindən istifadə etməklə nəqliyyat vasitələrinin növbəsiz keçidini təmin olunması müqabilində gömrük əməkdaşları tərəfindən qeyri-qanuni vəsaitlərin alınmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və sərhədkeçmə zamanı şəxslərin və nəqliyyat vasitələrinin növbədə durmaqla vaxt itkisinə yol verməməsi, fiziki növbənin azaldılması və sürətli keçidin təmin edilməsi üçün 23 avqust 2019-cu il tarixində “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin sürətli keçidinin idarə olunması üzrə Texnoloji Sxem”i təsdiq edilib. Texnoloji sxemə əlavə edilmiş razılaşma protolokoluna əsasən dövlət sərhədindən buraxılış məntəqələrində “e-Növbə” və “Sürətli keçid” xidmətlərinin tətbiqinə başlanıb.
Nəqliyyat vasitəsinin növündən, yükün xüsusiyyətindən və sürücü daxil olmaqla sərnişinlərin sayından asılı olaraq əvvəlcədən Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi, “Smart Customs” mobil tətbiqi üzərindən qeydiyyatdan keçməklə yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür. Xidmətlərdən faydalanmaq üçün tələb olunan ödənişlər nağdsız şəkildə onlayn qaydada həyata keçirilir. Ödənişin nağd qaydada həyata keçirilməsi isə, ümumiyyətlə texniki olaraq mümkün deyil.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi