Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Səlahiyyətli İqtisadi Operator (VİDEO)

Səlahiyyətli İqtisadi Operator (VİDEO)

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023” də Səlahiyyətli İqtisadi Operator institutuna dair videoçarx nümayiş etdirilib.

Səlahiyyətli İqtisadi Operatorlar - Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsində gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən idxalatçılar, ixracatçılar, daşıyıcılar, gömrük təmsilçiləri və anbar sahibləridir. Səlahiyyətli İqtisadi Operatorlar sadələşdirilmiş gömrük əməliyyatları, minimum gömrük yoxlamaları, ticarət zənciri boyu təmassız və maneəsiz hərəkət, 7/24 kommunikasiya imkanı, güvənli gömrük-biznes əməkdaşlığı, beynəlxalq bazarlara əlçatanlıq kimi üstünlüklərdən faydalanacaqlar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Noyabr 2023 16:03
195