Beynəlxalq Ticarət Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq genişləndirilir
Beynəlxalq Ticarət Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq genişləndirilir
Noyabrın 23-də Dövlət Gömrük Komitəsində Beynəlxalq Ticarət Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya Ofisinin rəhbəri Elena Butrimova ilə görüş keçirilib.
Əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan görüşdə qabaqcıl təcrübələrin öyrənilməsinin vacibliyi vurğulanıb, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, risk və elektron növbə sisteminin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov DGK-nın təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023”-ün əhəmiyyəti, eyni zamanda gömrük sistemində son dövrlərdə aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə qonağa ətraflı məlumat verib.
Mərkəzi Asiya ölkələrinin gömrükçülərinin Dövlət Gömrük Komitəsinin təcrübəsini öyrənməkdə maraqlı olduqları diqqətə çatdırılıb. Görüş zamanı bildirilib ki, gömrük xidmətləri nümayəndələrinin səfərləri əməkdaşlığın daha da gücləndirilməsinə yeni imkanlar yaradacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi