Malların mənşə ölkəsinə nəzarətin həyata keçirilməsinə dair Praktiki Təlimat üzrə müzakirələr aparılıb
Malların mənşə ölkəsinə nəzarətin həyata keçirilməsinə dair Praktiki Təlimat üzrə müzakirələr aparılıb
Noyabrın 24-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük orqanları tərəfindən malların mənşə ölkəsinə nəzarətin həyata keçirilməsinə dair Praktiki Təlimat”ın izahı üzrə seminar keçirilib.
Peşə potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimdə Komitə aparatında, ərazi və ixtisaslaşmış gömrük orqanlarında fəaliyyət göstərən 25-dən çox gömrük əməkdaşı iştirak edib.
Seminarda malların mənşə ölkəsi üzrə ümumi müddəalar, sərbəst ticarət və preferensial ticarət sazişlərinə dair bir sıra təqdimatlar nümayiş etdirilib. Eyni zamanda müxtəlif gömrük idarələri üzrə rəsmiləşdirilən malların mənşə ölkəsinə dair nəzarət mexanizmi, mövcud problemləri, təcrübədə rast gəlinən faktlar, spesifik hallarla bağlı yanaşmalar, vahid metodoloji əsasların formalaşdırılması və digər mövzularda müzakirələr aparılıb.
Seminarın yekununda gömrükçülərə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə qrup işləri verilib, təhlillər aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi