Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərlə bağlı məlumat
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərlə bağlı məlumat
27 noyabr 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya keçirilən seçkidə səsvermə prosesində iştirak edən 19 namizəddən 8-i qanunvericiliklə müəyyən edilən səs sayını toplayaraq Şuraya üzv seçilmişdir. Şuraya üzv olacaq 9-cu şəxs isə səsvermənin ikinci turunda müəyyənləşəcək. Belə ki, qanunvericiliyə görə Şura üzvlərindən hər biri səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamalıdır. Səsvermə prosesində isə namizədlərdən 8 nəfəri bu say həddini keçə bilmişdir.
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzvlərin seçilməsi məqsədilə 27 noyabr 2023-cü il tarixdə keçirilən seçkilərdə (birinci tur) seçilən üzvlər | ||
1 | Əhmədzadə Xanım Ağamirzə qızı | “Hüquqşünas qadınlar assosiasiyası” İctimai Birliyi |
2 | Əliyev Müqamət Süleyman oğlu | “Gənc vətənpərvərlər” İctimai Birliyi |
3 | Əliyev Ramil Arif oğlu | “İnkişafa və islahatlara dəstək” İctimai Birliyi |
4 | Əzəmmədov Hafiz Firidun oğlu | “Azərbaycan gənc marketoloq-reklamçılar” İctimai Birliyi |
5 | Hüseynova Məhsəti Əli qızı | “Gənclərin töhfəsi” İctimai Birliyi |
6 | İsmayılzadə Aytac Sədrəddin qızı | “Qadın və uşaqların innovativ maarifləndirilməsininə dəstək” İctimai Birliyi |
7 | Məmmədzadə Bəhruz Qasım oğlu | “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi |
8 | Vəliyev Asim Nazimoviç | “Gənc diplomatların peşəkarlığının inkişafına dəstək” İctimai Birliyi |
Seçki Komissiyasının qərarı ilə müəyyən edilmiş 9 nəfər üzv siyahısının tamamlanması üçün 1 nəfər üzvün seçilməsi məqsədilə 30 noyabr 2023-cü il tarixdə saat 10:00-dan 12:00-dək Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində (Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küç, 4a) təkrar seçki keçiriləcəkdir.
Təkrar seçkilərdə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzv seçilməsi üçün iştirak edəcək namizədlərin siyahısı:
30 noyabr 2023-cü il tarixdə keçiriləcək TƏKRAR seçkidə iştirak edəcək namizədlərin siyahısı | ||
1 | Bayramov Çingiz İbrahim oğlu | “Dialoq və inkişaf naminə” İctimai Birliyi |
2 | Eyyubov Samir Kürdoğlu oğlu | “Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları” İctimai Birliyi |
3 | Ədilzadə Ədil Tahir oğlu | “Sabahinfo İnformasiya Agentliyi |
4 | Ələsgərova Nigar Elman qızı | “Kiçik və orta biznes subyektləri və klublarının assosiasiyası” İctimai Birliyi |
5 | Əliyev Elvin Zakir oğlu | “Alman-Azərbaycan xarici ticarət palatası” hüquqi şəxslərin ittifaqı |
6 | Xəlilov Vüsal İbrahim oğlu | “Odlar yurdu gənclər” İctimai Birliyi |
7 | Qasımov Vüsal Namiq oğlu | “Azərbaycan gömrük təmsilçiliyi və logistika şirkətlərinin assosiasiyası” İctimai Birliyi |
8 | Quliyev Bəşir Şain oğlu | “Azərbaycan meyvə-tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyası” İctimai Birliyi |
9 | Mirzə Bahaəddin Vidadi oğlu | “Avropa ilə iqtisadi əməkdaşlıq” İctimai Birliyi |
10 | Muradov Elməddin Nadir oğlu | “Jurnalistika və inkişaf mərkəzi” İctimai Birliyi |
11 | Süleymanov Üzeyir Nazim oğlu | “AZAİ TECH” vətəndaş təşəbbüs qrupu |
Səsvermədə iştirak etmək üçün müraciət edən və müraciəti təsdiq edilmiş seçicilərin siyahısı Komitənin rəsmi internet səhifəsində “İctimai Şura” bölməsində yerləşdirilmişdir: https://customs.gov.az/uploads/counsil/6/fd1dfd310f6948434ead22942e6d823b.pdf?v=1700826910
Seçicilər təkrar səsvermə günü şəxsiyyət vəsiqələrini Seçki Komissiyasına təqdim etməklə birgə yığıncaqda iştirak edə bilərlər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi