Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Növbəti təlimlər keçirilib

Növbəti təlimlər keçirilib

Gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təlimlər keçirilib. Təlimlərdə Biləsuvar və Xaçmaz gömrük idarələrinin ümumilikdə 65 əməkdaşı iştirak edib.

Təlimlər gömrük nəzarəti, sərhədkeçmə mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, gömrük dəyəri, “Bir pəncərə” prinsipi, nəqliyyat vasitələrinin və konteynerlərin yoxlanılması, milli-mədəni sərvətlər üzərində gömrük nəzarətinin təşkili, əqli mülkiyyət hüquqları, “Yaşıl dəhliz” buraxılış sistemi, malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi və BYD Konvensiyası, etik davranış qaydaları, effektiv kommunikasiya, bədən dili və şəxsin davranış psixologiyası, idarəetmə bacarıqları-liderlik, təhlil aparma, proqnozlaşdırma, qərarvermə və vətəndaşlarla iş standartları (CRM) və digər mövzuları əhatə edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Noyabr 2023 15:59
195