Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Növbəti daxili müsabiqəyə start verildi

Növbəti daxili müsabiqəyə start verildi

Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrindəki vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə növbəti daxili müsabiqə keçirilir.

Daxili müsabiqənin məqsədi gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan potensiallı, səriştəli kadrların müəyyənləşdirilməsi və vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsidir.

Daxili müsabiqədə iştirak etmək üçün ümumilikdə 536 namizəd müraciət edib və tələblərə cavab verən 333 nəfər daxili müsabiqənin “Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi”, 40 nəfəri isə  birbaşa “Situativ və panel müsahibə” mərhələsində iştirak hüququ qazanıb.

“Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi” üzrə imtahan 2 dekabr  2023-cü il  tarixdə keçiriləcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Noyabr 2023 16:27
195