Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin iclası keçirilib

GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin iclası keçirilib

Noyabrın 30-da GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 36-cı iclası keçirilib.

Onlayn formatda keçirilən tədbirdə 35-ci iclasın protokolunun icrası, GUAM üzv ölkələrində gömrük sahəsində həyata keçirilən islahatlar, Səlahiyyətli İqtisadi Operatorlar və Blokçeyn işçi qruplarının gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov son dövrlərdə ölkəmizdə gömrük sahəsində aparılan islahatlar, ticarətin asanlaşdırılması, prosedurların sadələşdirilməsi ilə bağlı görülən işlər, tətbiq edilən layihələr barədə məlumat verib. “Gömrük İnkişaf Modeli”, “TransXəzər Gömrük Portalı”, Avtomatlaşdırılmış Risk Analizi sistemi (ARAS), Səlahiyyətli İqtisadi Operator (SİO) layihələri barədə məlumat verilərək bildirilib ki, məqsəd süni intelekt, qabaqcıl texnologiya və metodların tətbiqi hesabına gömrük işininin təşkili prosesində səmərəliliyin artırılması, beynəlxalq ticarətin və tranzitin asan, sürətli şəkildə həyata keçirilməsinə şərait yaradılmasıdır.

Digər üzv ölkələrin nümayəndələri də gömrük sahəsində həyata keçirilən islahatlardan, tətbiq edilən yeniliklərdən bəhs edib, əməkdaşlığın, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Noyabr 2023 19:40
195