Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK-nın əməkdaşı BMT-nin Ticarətin Asanlaşdırılması və Elektron Biznes Mərkəzinin Büro üzvü seçilib

DGK-nın əməkdaşı BMT-nin Ticarətin Asanlaşdırılması və Elektron Biznes Mərkəzinin Büro üzvü seçilib

BMT-nin Ticarətin Asanlaşdırılması və Elektron Biznes Mərkəzinin (UN/CEFACT) Cenevrə şəhərində keçirilən 29-cu plenar iclasında ölkəmizi təmsil edən Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin Analitik təhlil və metodoloji təminat şöbəsinin rəisi Əliəkbər Heydərov qurumun 2023-2026-ci illər üzrə Bürosuna üzv seçilib.

BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) beynəlxalq qurumu olan UN/CEFACT ticarət proseslərinin səmərəliliyinin artırılması məqsədilə ticarətin asanlaşdırılması və elektron biznes sahələrinə xüsusi diqqət göstərir.

Qurumun üzvləri beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin səlahiyyətli orqanlarının və həmçinin biznes ictimaiyyətinin ekspertləridir.

Büro təşkilatın iş proqramının strateji planlaşdırması və əlaqələndirilməsi, ekspertlərin iclasının təşkili, ekspertlərin təyini və onlarla fəaliyyətin koordinasiyası, layihələrin nəzərdən keçirilməsi və işə salınması ilə bağlı prosedur qaydaların hazırlanması və digər funksiyaları yerinə yetirir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Dekabr 2023 10:07
195