Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda malların gömrük nəzarətindən yayındırılmaqla gətirilməsi cəhdinin qarşısı alınıb

Külli miqdarda malların gömrük nəzarətindən yayındırılmaqla gətirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə Moskva-Bakı aviareysi ilə dərman vasitələri, xəz dəri məmulatları, mobil telefonların və digər malların gömrük nəzarətindən yayındırılmaqla ölkə ərazisinə gətiriləcəyi barədə məlumat daxil olub.

Əməliyyat qrupu tərəfindən həmin malları gətirən Azərbaycan Respublikası vətəndaşı “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən baxış keçirilməsi məqsədilə ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Baxış zamanı şəxsə məxsus çantalardan 13 ədəd xəz dəri məmulatları, 6 ədəd “İphone” markalı mobil telefon, 200 ədəd iynə (botoks), 85 ədəd müxtəlif növ dərman preparatları, 18 qutu elektron tütün məmulatı, 68 ədəd qəylan tütünü, 6 dəst Almaniya istehsalı olan qab-qacaq, müxtəlif növ elektronik əşyalar və yeyinti məhsulları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Dekabr 2023 12:56
195