Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycanın özü qədər əbədi

Azərbaycanın özü qədər əbədi

Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Baş idarənin şəxsi heyəti əvvəlcə dahi şəxsiyyətin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.  

Sonra Heydər Əliyev muzeyi ziyarət olunub.

Naxçıvan Baş Gömrük İdarəsində davam etdirilən tədbirdə idarənin rəisi Vüqar Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətindəki böyük xilaskarlıq missiyasından danışıb.

AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli Azərbaycanın hərtərəfli tərəqqisi yolunda xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, misilsiz tarixi xidmətlərindən, Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən filmə baxış keçirilib.

12 Dekabr 2023 12:55
195