Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xeyli miqdarda pirotexniki vasitə və ratsiya aşkar edilib

Xeyli miqdarda pirotexniki vasitə və ratsiya aşkar edilib

Daxil olmuş əməliyyat məlumatı əsasında, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32.472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 Dekabr 2023 11:19
195