Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat başlayıb
Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat başlayıb
Dekabrın 13-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionata start verilib.
Dövlət Gömrük Komitəsi, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan çempionatda Komitənin bütün struktur bölmələrindən 65 nəfər gömrük əməkdaşı iştirak edib.
Çempionatın məqsədi gömrük əməkdaşlarının fərdi bacarıqlarının, intellektual səviyyələrinin inkişaf etdirilməsinə şərait yaratmaqdır.
Beynəlxalq dərəcəli hakimlər - Nurəli Məmmədzadə və Lütfiyar Rüstəmovun idarə etdiyi çempionatda oyunlar 30 dəqiqə davam edib.
Xatırladaq ki, İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan çempionat dekabrın 14-də başa çatacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi