Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqinin əsas aspektləri müzakirə olunub

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqinin əsas aspektləri müzakirə olunub

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamenti arasında onlayn görüş keçirilib.

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqinin əsas aspektlərinin müzakirə olunduğu görüşdə Gürcüstanın gömrük xidmətinin nümayəndələri NCTS-in tətbiqi prosesi haqqında geniş təqdimatla çıxış edib və layihə ilə bağlı gömrük əməkdaşlarının sualları cavablandırılıb. 

Eyni zamanda görüş zamanı Gürcüstan gömrük xidmətinin əməkdaşları tərəfindən NCTS-in tətbiqi zamanı ortaya çıxan problemlər, onların həlli məqsədilə tətbiq olunan strategiyalar araşdırılıb, icra prosesinin hərtərəfli icmalı təqdim olunub.

Qeyd edək ki, NCTS ilə bağlı iki ölkənin gömrük xidmətləri arasında mütəmadi qaydada görüşlərin keçirilməsi, bu istiqamətdə ideya və təcrübələrin mübadiləsi üçün səmərəli dialoq platformasının yaradılması nəzərdə tutulur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Dekabr 2023 10:55
195