Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Smart customs” mobil tətbiqi “İlin rəqəmsal hökumət həlli” nominasiyasının qalibi olub

“Smart customs” mobil tətbiqi “İlin rəqəmsal hökumət həlli” nominasiyasının qalibi olub

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “MilliNet 2023” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi dəstəyi ilə baş tutan tədbirdə çıxış edənlər bildiriblər ki, “MilliNet” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan internetinin və informasiya texnologiyalarının inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqabətli mühit formalaşdırmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, “MilliNet 2023” müsabiqəsi 13 nominasiya üzrə keçirilib. Dövlət Gömrük Komitəsinin “Smart customs” mobil tətbiqi “İlin rəqəmsal hökumət həlli” nominasiyasının qalibi olub.

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Dekabr 2023 16:08
195