Astara Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Astara Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Astara Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib.
Görüş gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı xarici ticarət iştirakçılarını məlumatlandırmaq, həmçinin onların təklif və rəylərini öyrənmək məqsədilə təşkil edilib.
Tədbirdə “Gömrük-Biznes Forumu 2023”-də müzakirə olunan məsələlər, eləcə də Səlahiyyətli İqtisadi Operatorlar, Avtomatlaşdırılmış Risk Analiz Sistemi - ARAS və “Smart-Bot” mobil tətbiqi barədə məlumat verilib, eləcə də yeni layihələrin gömrük işinin təşkili, biznes proseslərin asanlaşdırılması baxımından faydalarından bəhs edilib.
Sonda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi