Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Dekabrın 22-də Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin rəhbərliyinin iştirak etdiyi görüşdə ictimai iştirakçılıq və ictimai nəzarətin əhəmiyyəti, bu sahədə vətəndaş cəmiyyəti təşkilatlarının rolundan bəhs edilib, gömrük sistemində də ictimai nəzarətin mexanizmlərinin formalaşdırılması və inkişafı istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, gömrük sistemində ictimai nəzarət mexanizmlərinin formalaşdırılması şəffaflığın təmin edilməsi, xidmətlərin əlçatanlığının artırılması, gömrük işinin təşkili sahəsində səmərəliliyin artırılmasına mühüm töhfə verəcək və Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın gələcək fəaliyyəti bu baxımdan mühüm əhəmiyyət daşıyacaq.

Görüş çərçivəsində Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya yeni seçilmiş üzvlərə vəsiqələr təqdim edilib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Dekabr 2023 16:21
195