Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib.  

Aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə yanaşı özəl sektor nümayəndələrinin də iştirak etdiyi görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.

İclas zamanı iştirakçılar tərəfindən Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Beynəlxalq ticarət” üzrə sorğu vərəqəsinin tənzimləmə keyfiyyəti, dövlət xidmətlərinin keyfiyyəti, sahibkarlara ünvanlanan suallar olmaqla 3 əsas hissəsi üzrə müzakirələr aparılıb. Həmçinin ölkənin maraqları və biznes mühitinin yaxşılaşdırılması baxımından bütün aidiyyəti sualların yenidən nəzərdən keçirilməklə təhlili və müvafiq diaqnostikası əsasında işlərin təşkili müzakirə olunub.

İclasda qeyd olunan sahələrdə məqsədyönlü şəkildə addımların atılması və qarşıya qoyulan hədəflərə nail olunması üçün dövlət və özəl sektorun nümayəndələri tərəfindən bu istiqamətdə təhlillər aparılmaqla kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev müvafiq təkliflərin hazırlanması üzrə altqrupun nəzdində müvafiq tematik qrupların yaradılmasını və bu istiqamətdə görüləcək işlərlə bağlı Yol Xəritəsinin hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Dekabr 2023 17:05
195