Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə Baş İdarəsi arasında onlayn görüş keçirilib.

Türkiyə Respublikası DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsi, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Təlim Akademiyası (NEA), Kinoloji Mərkəzi (KEM) və Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu sahədə potensialın gücləndirilməsi istiqamətində əməkdaşlığın inkişafı, eləcə də “Beynəlxalq Təlim Kataloqu”-da qeyd olunan təlim modulları barədə təqdimatın edilməsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, NEA tərəfindən hazırlanan “Beynəlxalq Təlim Kataloqu” 25 modul üzrə “Hava limanlarında risk təhlili və axtarış”, “Narkotik maddələrin axtarışı üzrə xidmət itləri və təlimçilər”, “Təhqiqat və istintaq” və digər mövzular üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və kinoloji xidmət işi sahəsində bir sıra ixtisaslaşdırılmış təlim kurslarını əhatə edir.

Görüşün sonunda qarşılıqlı təqdimatlar nümayiş etdirilib, təlim kursları və əlaqələrin inkişafı perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Dekabr 2023 17:11
195