Azərbaycan və Özbəkistan gömrük xidməti nümayəndələrinin görüşü keçirilib
Azərbaycan və Özbəkistan gömrük xidməti nümayəndələrinin görüşü keçirilib
Dövlət Gömrük Komitəsi və Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin əməkdaşları arasında onlayn formatda işçi görüş keçirilib.
“Narkotik vasitələrin və digər dövriyyəsi qadağan edilmiş malların qanunsuz dövriyyəsi ilə mübarizədə təcrübə mübadiləsi” mövzusunda təşkil edilən görüşdə iki ölkənin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə Dövlət Gömrük Komitəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində fəaliyyəti barədə məlumat verilib, o cümlədən Azərbaycan və Özbəkistan gömrük orqanlarının hüquq mühafizə sahəsindəki səmərəli əməkdaşlığından söhbət açılıb.
Dövlət Gömrük Komitəsinin tərəfindən son illər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar aşkar edilmiş iri həçmli faktlar, növləri, daşınma marşrutları, bu sahədə istifadə olunan risk indikatorları, məlumatların təhlili zamanı beynəlxalq hüquq mühafizə şəbəkələrinin imkanlarından istifadə təcrübəsi, əməliyyat marağı doğuran şəxslər barəsində məlumatların əldə edilməsi qaydası və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi