Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib

Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Şirvan gömrük postunun əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində tütün məmulatları və pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Kürdəmir şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindən satış məqsədilə saxladığı və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 35 750 qutu tütün məmulatları aşkar olunub.

Bundan başqa Kürdəmir rayonu ərazisində yerləşən və həmin şəxsin istifadəsində olan ticarət obyektindən isə 28 adda 2665 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Dekabr 2023 16:15
195