Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyi münasibətilə tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyi münasibətilə tədbir keçirilib
Dekabrın 25-də Mərkəzi Gömrük Hospitalının 15 iilik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə hospitalın kollektivi Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edərək hospitalın yaranması, fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hospitalın açılışında iştirakı və verdiyi tövsiyələr barədə danışıb. Həmçinin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafındakı rolu və bu istiqamətdə həyata keçirdiyi siyasətdən də bəhs edilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov hospitalın kollektivini yubiley münasibətilə təbrik edib, Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının yaranmasından, 15 illik qısa müddət ərzində qazanılan nailiyyətlərdən, COVİD-19 pandemiyası və 44 günlük Vətən müharibəsi zamanı tibb işçilərinin fədakar əməyindən bəhs edib, xidmətdə fərqlənən tibb işçilərini Fəxri Fərmanlarla təltif edib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının fəaliyyətinə və uğurlarına həsr edilən videoçarx nümayiş olunub.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev “Mərkəzi Gömrük Hospitalı - 15 il keşiyinizdə”, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Mərkəzi Gömrük Hospitalı - tibb işçilərinin davamlı tibbi təhsil imkanlarının genişləndiyi məkan” mövzusunda təqdimatlarla hospitalın fəaliyyətindan danışıblar.
Həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də hospitalda müalicə alan tanınmış incəsənət xadimləri hospitalın qısa zaman kəsiyində əldə etdiyi uğurlardan və bu tibb ocağının fəaliyyətindən məmnunluqla bəhs ediblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi