Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sumqayıt Gömrük İdarəsinin əməkdaşları şəhid ailələrini və aztəminatlı ailələri ziyarət ediblər

Sumqayıt Gömrük İdarəsinin əməkdaşları şəhid ailələrini və aztəminatlı ailələri ziyarət ediblər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sumqayıt Gömrük İdarəsinin əməkdaşları qurumun fəaliyyət zonasına yaxın ərazilərdə yaşayan şəhid ailələrini və aztəminatlı ailələri ziyarət ediblər.

Şəhid ailələrinin üzvləri ilə görüş zamanı bildirilib ki, qəhrəman vətən övladları hər zaman qəlblərdə yaşayacaq, onlar daim hörmət və ehtiramla anılacaqlar. Həmçinin tarixi zəfərimizin şəhidlərin qanı, canı bahasına qazanıldığı, onların qəhrəmanlığının gələcək nəsillərə nümunə olduğu vurğulanıb, vətənpərvər, mərd övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə sonsuz minnətdarlıq ifadə olunub.

Eyni zamanda şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulacağı, şəhid ailələrinin həmişə dövlətimizin, xalqımızın diqqət və qayğısı ilə əhatə olunacağı bir daha vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Dekabr 2023 11:17
195