Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib. Görüşdə idarənin əməkdaşları tərəfindən “Transxəzər Gömrük Tranzit Portalı”, “Avtomatlaşdırılmış Risk Analiz Sistemi” və “Səlahiyyətli İqtisadi Operator” layihələri barədə təqdimatlar nümayiş etdirilib.

Həmçinin, gömrük sistemində aparılan islahatlar, gömrük xidmətinin strateji hədəfləri və baxışları, tətbiqinə başlanılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr, gömrük qanunvericiliyi sahəsində yeni qəbul edilmiş normativ hüquqi aktlar, qanunvericilikdəki dəyişikliklər barədə ətraflı məlumat verilib, biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşün sonunda “Smart Bot” mobil tətbiqinə dair videoçarx nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Dekabr 2023 11:27
195