Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük rəsmiləşdirilməsini həyata keçirən istehsal müəssisələrində görüşlər keçirilib

Gömrük rəsmiləşdirilməsini həyata keçirən istehsal müəssisələrində görüşlər keçirilib

Sumqayıt Gömrük İdarəsinin əməkdaşları qurumun fəaliyyət zonasına daxil olan və daxildə emal xüsusi gömrük proseduruna uyğun olaraq yüklərin gömrük rəsmiləşdirilməsini həyata keçirən istehsal müəssisələrində görüşlər keçiriblər.

Məqsəd daxildə emal gömrük prosedurundan istifadə edən sahibkarların biznes proseslərinin səmərəliliyinin artırılması, biznes subyektlərinin gömrük əməliyyatlarının asan, sürətli və qanunvericiliyə uyğun olaraq reallaşdırılmasına dəstək göstərməkdir.

Qurumun səlahiyyətli nümayəndələri müəssisələrdə istehsal prosesini izləyib, sahibkarlarla söhbətlər aparıb, gömrük rəsmiləşdirilməsi zamanı yaranabiləcək risklər müzakirə olunub və biznes nümayəndələrini maraqlandıran sualları ətraflı cavablandırıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Dekabr 2023 12:03
195