Növbəti daxili müsabiqədə uğur qazanan əməkdaşlarla görüş keçirilib
Növbəti daxili müsabiqədə uğur qazanan əməkdaşlarla görüş keçirilib
Dekabrın 28-də Dövlət Gömrük Komitəsində keçirilən növbəti daxili müsabiqənin “Situativ və panel müsahibə” mərhələsində uğur qazanan əməkdaşlarla görüş keçirilib.
Qeyd edək ki, müsabiqə müvafiq struktur bölmələrdə vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə təşkil olunub.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük işinin səmərəli təşkilində hərtərəfli bilik və bacarıqlara malik kadrların mühüm rol oynadığını diqqətə çatdırıb və bu baxımdan daxili müsabiqənin gömrük əməkdaşlarının potensialının daha da gücləndirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Həmçinin iştirakçılara gələcək fəaliyyətlərində şəffaflığın təmin olunmasına, xidmətlərin əlçatanlığının, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xüsusi həssaslıqla yanaşmaları tövsiyə edilib.
Qeyd edək ki, daxili müsabiqənin “Situativ və panel müsahibə” mərhələsində ümumilikdə 103 nəfər gömrük əməkdaşı uğur qazanıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi