Mərkəzi Gömrük Hospitalının əməkdaşları üçün təlimlər keçirilib
Mərkəzi Gömrük Hospitalının əməkdaşları üçün təlimlər keçirilib
Mərkəzi Gömrük Hospitalının əməkdaşları üçün “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması”, “Effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti”, “Vaxtın idarə edilməsi” və “İş mühitində effektiv ünsiyyət” mövzularında təlimlər keçirilib.
Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili, Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri, Təcili Tibbi Yardım və digər şöbələrin iş prosesində insanlarla təmasda olan əməkdaşları iştirak ediblər.
Təlimdə Tibbi Xidmət İdarəsinin mütəxəssisləri tərəfindən stresin iş prosesinə və sağlamlığa mənfi təsirləri, vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları və iş prosesində tətbiqinin işgüzarlığın artırılmasındakı müsbət rolu, effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti, ünsiyyətin növləri və digər mövzularda ətraflı məlumat verilib.