Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Şirvan” gömrük postunun əməkdaşları şəhid ailələrini və uşaq sığınacağını ziyarət ediblər

“Şirvan” gömrük postunun əməkdaşları şəhid ailələrini və uşaq sığınacağını ziyarət ediblər

“Şirvan” gömrük postunun əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Şirvan şəhərində yerləşən “Mərhəmət Uşaq Sığınacağı”nı ziyarət ediblər. Postun əməkdaşları uşaqlarla birlikdə vaxt keçirib, azyaşlılar üçün bayram süfrəsi təşkil olunub və onlara müxtəlif hədiyyələr təqdim ediblər.

Qarşıdan gələn bayramlar münasibətilə postun əməkdaşları tərəfindən Şirvan şəhərində şəhid ailələri də ziyarət olunub, onlara qəhrəman övlad yetişdirkləri üçün dərin ehtiram ifadə edilib, şəhidlərin əziz xatirəsinin hər zaman yaşadılacağı bildirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Dekabr 2023 14:10
195