Yeniliklər (VİDEO)
Yeniliklər (VİDEO)
Malların XİF MN kodunu əvvəlcədən müəyyənləşdirə biləcəksiniz
Gömrük rəsmiləşdirilməsi prosesi daha da asanlaşdı. Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi növbəti yenilik sahibkarların özləri tərəfindən malların XİF MN kodunu əvvəlcədən müəyyənləşdirməyə imkan yaradacaq.
Təqdim olunan yenilikdən e.customs.gov.az portalı üzərindən istifadə etmək mümkündür. Bunun üçün “Mal nomenklaturası” bölməsindən “XİF MN tövsiyə sistemi” altbölməsi seçilir.
Axtarış pəncərəsində malın ticari adı, markası və ya mala dair açar söz daxil edilməklə XİF MN-nin kodunun təxmini nəticəsi əldə olunur. Süni intellekt əsaslı axtarış modulunun fəaliyyəti son iki ildə gömrük orqanlarına bəyan edilən malların təsvirlərinə əsaslanır.
Axtarışın nəticələrinə uyğun olaraq tövsiyə olunan kodlar yalnız köməkçi xarakter daşıyır.
Məcburi qərarlar üzrə verilən təsnifat kodları ilə də tanış ola biləcəksiniz
Sistem vasitəsilə məcburi qərarlar üzrə verilən təsnifat kodları ilə də tanış olmaq mümkündür.
Tətbiq edilən yenilik sahibkarlara gömrük ödənişlərini, mallara dair tələb olunan sənədləri öncədən müəyyən etməyə imkan verəcək ki, bu da ekspertizaya sərf olunan vaxt və vəsaitin aradan qaldırılmasına, gömrük rəsmiləşdirilməsinin daha asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
Ayşən Cavadzadə