Gömrük Akademiyasında 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib
Gömrük Akademiyasında 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edilib, bu faciəyə əsl siyasi-hüquqi qiymətin məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyi bildirilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər sayəsində bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanlarının qanlarının yerdə qalmadığı vurğulanıb.
O da qeyd olunub ki, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canını fəda edən bütün vətən övladlarının əziz xatirələri xalqımız tərəfindən hər zaman minnətdarlıq duyğusu ilə yad olunacaq.