Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mərkəzi Gömrük Hospitalında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 20 Yanvar Ümumxalq Hüzn Gününün 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Qeyd olunub ki, ölkəmizin düşdüyü ağır şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı həyata keçirilən imperiya siyasətinə öz etiraz səsini ucaldıb, xalqı həmrəyliyə və birliyə çağırıb.

Diqqətə çatdırılıb ki, artıq 20 yanvar şəhidlərinin arzuları reallaşıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz tam bərpa olunub.

20 Yanvar 2024 14:49
195