Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

20 yanvar şəhidləri ehtiramla anılıb

20 yanvar şəhidləri ehtiramla anılıb

20 yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsinin kollektivi Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.

Baş İdarənin əməkdaşları şəhidlərin məzarları üzərinə tər güllər düzüb, vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda canından keçən qəhrəmanların xatirəsini dərin ehtiramla yad ediblər. 

Sonra Baş İdarənin akt zalında 20 yanvar faciəsinin qurbanlarına həsr edilmiş tədbir keçirilib. Qeyd olunub ki, 20 yanvar gecəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün Azərbaycan xalqının azadlığı və müstəqilliyi, ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının fədakarlıqları unudulmayacaq, xalqımızın yaddaşında daim qalacaq.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmə baxış olub.

20 Yanvar 2024 14:56
195