Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Şəhidlərin xatirəsi ehtiramla yad edilib

Şəhidlərin xatirəsi ehtiramla yad edilib

Yanvarın 20-də sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, Dövlət Gömrük Komitəsinin kollektivi də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edib.

Gömrük əməkdaşları 34 il əvvəl baş verən faciədə ölkəmizin azadlığı və müstəqilliyi naminə canlarını fəda edən 20 Yanvar şəhidlərinin məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Yanvar 2024 15:13
195