Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xidmətə yeni qəbul edilən əməkdaşlarla görüş keçirilib

Xidmətə yeni qəbul edilən əməkdaşlarla görüş keçirilib

Dövlət Gömrük Komitəsində ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqədə uğur qazanaraq xidmətə yeni qəbul edilmiş əməkdaşlarla görüş təşkil olunub.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov xidmətə yeni qəbul edilmiş əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, gömrük orqanları ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji dövlət qurumlarından biridir. Bu baxımdan hər bir gömrük əməkdaşı işə daha da məsuliyyətli yanaşmalı, xidməti vəzifələrini layiqincə yerinə yetirməsi üçün mütəmadi olaraq bilik və bacarıqlarını artırmalıdır.

Qeyd edək ki, müsabiqədə iştirak edən və uğur qazanan namizədlərdən 114-ü mövcud vakant ştat vahidləri üzrə müvafiq vəzifələrə təyin edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Yanvar 2024 17:44
195