Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasından 12 il ötür
Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasından 12 il ötür
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
Gömrük Akademiyasında hazırda bakalavr səviyyəsində 5 ixtisas - Hüquqşünaslıq, İqtisadiyyat, Beynəlxalq ticarət və logistika (tədris Azərbaycan və ingilis dillərində), İnformasiya təhlükəsizliyi və informasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasları üzrə, magistratura səviyyəsində isə Gömrük işi və Beynəlxalq iqtisadi hüquq ixtisaslaşmaları üzrə mütəxəssis hazırlanır. Gömrük Akademiyasında əlavə təhsilin təkrar (ikinci) ali təhsil istiqaməti üzrə də Hüquqşünaslıq və Beynəlxalq ticarət və logistika ixtisaslarına qəbul həyata keçirilir.
Akademiyada, həmçinin gömrük orqanlarında xidmət edən əməkdaşların ixtisas biliklərini artırmaq, eləcə də onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə ixtisasartırma təlimləri təşkil edilir.
Dövlət Gömrük Komitəsinin Akademiyası hər zaman olduğu kimi tələbə qəbulu üzrə öz yüksək göstəricilərini qoruyub saxlayır.
Qeyd edək ki, tədris mühitinin inkişafında innovativ və səmərəli təlim metodlarının, tədris texnologiyalarının tətbiqini daim diqqətdə saxlayaraq, Akademiya tərəfindən gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) müxtəlif onlayn kursları (sertifikat proqramları), elektron öyrənmə (e-learning) modullarını və digər onlayn resursları özündə birləşdirən təlim platformalarından geniş istifadə olunur.
Akademiyanın yaranmasının 12-ci ildönümü münasibətilə bütün kollektivi və tələbələri təbrik edirik!