Küveyt Dövlətinin səfiri ilə görüş keçirilib
Küveyt Dövlətinin səfiri ilə görüş keçirilib
Yanvarın 24-də Dövlət Gömrük Komitəsində Küveyt Dövlətinin ölkəmizdəki səfiri ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov və Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidi iştirak edib.
Azərbaycan ilə Küveyt arasında mehriban dostluq münasibətlərindən, həmçinin gömrük sahəsindəki işgüzar və səmərəli əməkdaşlıqdan bəhs edilən görüşdə qeyd olunub ki, gömrük orqanları arasında formalaşan münasibətlər iqtisadi-ticarət əlaqələrinin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artımı baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda görüşdə iki ölkənin gömrük orqanlarının ilkin məlumat mübadiləsi istiqamətində əməkdaşlığının perspektivləri barəsində müzakirələr aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi