Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sumqayıt Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib

Sumqayıt Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib

Sumqayıt Gömrük İdarəsində 26 yanvar - Beynəlxalq Gömrük Günü münasibətilə idarənin fəaliyyət zonası üzrə idxal, ixrac və emal əməliyyatlarını həyata keçirən müəssisələrin rəhbərləri ilə görüş təşkil olunub.

Görüşdə Dövlət Gömrük Komitəsi və eləcə də Sumqayıt Gömrük İdarəsinin 2023-cü ilin yekunlarına dair əsas fəaliyyət istiqamətləri üzrə hesabatı biznes subyektlərinin diqqətinə çatdırılıb.

Həmçinin sahibkarlara gömrük sistemində aparılan islahatlar, gömrük xidmətinin strateji hədəfləri və baxışları, tətbiqinə başlanılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr, gömrük qanunvericiliyi sahəsində yeni qəbul edilmiş normativ hüquqi aktlar, qanunvericilikdəki dəyişikliklər barədə ətraflı məlumat verilib, biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Yanvar 2024 18:02
195