Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tamaşaya baxıblar

Gömrük əməkdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tamaşaya baxıblar

Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı günündə Komitənin kollektivi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tamaşaya baxıblar. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Sən elə bir zirvəsən!" musiqili-tarixi essesində teatrın solistlərinin, həmçinin xor və balet heyətinin üzvlərinin çıxışları alqışlarla qarşılanıb.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri, teatrın direktoru Əliqismət Lalayev, ssenari müəllifi əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyevdir.

31 Yanvar 2024 11:15
195