“Hüquqi şəxslər barəsində cinayət təqibinin aparılması xüsusiyyətləri” mövzusunda təlim keçirilib
“Hüquqi şəxslər barəsində cinayət təqibinin aparılması xüsusiyyətləri” mövzusunda təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyası, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Azərbaycan Respublikası Baş Prokurorluğun Elm-Tədris mərkəzinin birgə təşkilatçılığı ilə “Hüquqi şəxslər barəsində cinayət təqibinin aparılması xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsinin müstəntiq və təhqiqatçıları üçün təşkil edilən təlimin məqsədi, müstəntiq və təhqiqatçıların peşə hazırlığının artırılması, hüquqi şəxslər barəsində cinayət təqibi aparılarkən təcrübədə rast gəlinə biləcək çətinliklərin həlli yollarının öyrənilməsi, təcrübə mübadiləsinin aparılmasıdır.
Baş Prokurorluğun təlimçiləri tərəfindən “Hüquqi şəxslərin cinayət məsuliyyəti” institutu beynəlxalq standartlar və milli hüquq prizmasında-nəzəri aspektləri, İstintaq aidiyyəti gömrük orqanlarına həvalə edilən cinayətlər üzrə hüquqi şəxslərlə bağlı mövcud və ya ehtimal edilən risklər, hüquqi şəxslər tərəfindən cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması cinayətlərinin istintaq xüsusiyyətləri, Transmilli aspekt: hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı icraat üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi xüsusiyyətləri və sair mövzularda iştirakçılara məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonda Baş Prokurorluğun Elmi-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov təlimdə iştirak edən 21 əməkdaşa sertifikat və kitablar təqdim edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi